AZ

“Turan Tovuz”un yubiley qələbəsi

“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb. Yubiley XI turun Qərb derbisinə təsadüf edib.

Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə 3 xal qazanıblar.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.

Seçilən
19
22
futbolinfo.az

10Mənbələr