AZ

Metroda yenə problem yarandı - Sərnişinlər düşürüldü

"Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Musavat.com-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb:

"Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb".

 

Seçilən
6
29
musavat.com

10Mənbələr