AZ

“Oqtay, məni bağışla” deyən Dilarədən ÖZƏL ETİRAFLAR

“Sözün düzü həyatımda bu yaşa qədər heç vaxt böyük anlamda və böyük mənada doğum günümü qeyd etməmişəm. Bu il ilk doğum günümdür ki, səhnədə təntənəli qeyd etdim. Bildiyinizə görə “Mintonasiya” adlı stendap konsertim baş tutdu. Bu konserti özümə və tamaşaçılarıma hədiyyə etdim. Hələ də dünənin ab-havası ilə yaşayıram. Təəssüratlarım böyükdür. Özümə yaxşı günlər, yaxşı işlər arzu edirəm. Əzizlərimizi Allah qorusun, onların can sağlığı bizim üçün hər şeydən birincidir. Özümüz də yaşadıqca görürük ki, nə qədər şablon səslənsə də can sağlığı olanda insan hər şeyi yoluna və yerinə qoya bilir”

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva deyib. O daha sonra həmkarlarından gördüyü dəstəkdən danışıb:

“Ola bilsin ki, sənət aləmində həmkarların dəstəksizliyi var. Mən isə əksinə bütün hər kəsdən böyük dəstək gördüm. Bir daha sizin vasitənizlə hər kəsə öz təşəkkürümü bildirirəm. Ətrafımda olan hər bir kəs, tanıyan, sevən insanlar öz dəstəklərini göstərdilər. Stendap konsertimdə bütün telekanallar mənə dəstək oldu, bu da məni xoşbəxt edir. Eləcə də həmkarlarımın, televiziya adamlarının, sənətçilərin dəstəyini gördüm. Çox təşəkkür edirəm” deyə aktrisa bildirib.

Dilarə Əliyeva bildirib ki, instaqram sosial şəbəkəsində ona və nəvəsinə maraq çoxdur.

“İnstaqrama gəlmişəm, dostlar sağ olsun. Mən instaqrama gəlməkdən də zövq aldım. Nəvəmlə olan paylaşımlarım çox maraq kəsb edir. Bu yaxşıdır. Nəvəmə həddindən artıq çox maraq var. Bu da məni xoşbəxt edir. Hər şey qaydasındadır. İnstaqramı daha çox özüm işlətməsəm də, sadəcə olaraq izləyirəm. Bununla məşğul olan əməkdaş var” deyə aktrisa bildirib.

Dilarə Əliyeva qadın olmağın çətinliklərindən də danışıb.

“Qadın olmaq gözəllikdir, qadın olmaq incəlikdir. Fədakar olmağı isə şəxs özü seçir. Eyni zamanda qadın kimi kişi də fədakar ola bilər. Sevdikləri uğrunda mübarizə də apara bilir. Kimsə bu mübarizədən çəkinir, özünə yük bilir. Amma kimsə bu yükü daşımaqla ətrafını gözəlləşdirə bilir. Bu hər bir insana bağlıdır. Amma qadın olmaq gözəllikdir, zəriflikdir. Nə yaxşı ki, tanrı qadını yaradıb” deyə aktrisa bildirib.

Əli Əsgər

Seçilən
19
medianews.az

1Mənbələr