AZ

Fransa sakini Trampın seçilməsinə 28,6 milyon dollarlıq mərc edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa sakini ABŞ-dəki prezident seçkisində Donald Trampın seçilməsi üçün 28,6 milyon dollarlıq mərc edib.
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, o, pulunu Polymarket.com platformasında "Fredi9999", "Theo4", "PrincessCaro" və "Michie" adlı dörd fərqli hesaba yatırıb.
Noyabrın 5-də keçirilən səsvermənin nəticəsi Trampın xeyrinə olarsa, bu anonim investor 14,4 milyon dollar mənfəət əldə edə bilər.
Əksinə, Kamala Harris seçilərsə, bütün depozitini itirəcək.
Müxtəlif mərc şirkətlərinin əmsallarını tərtib edən "RealClearPolitics"in məlumatına görə, Respublikaçı namizəd 60,7 faizlə mərc edənlərin sevimlisidir.
Ümumilikdə, ABŞ-də keçiriləcək prezident seçkisinin qalibini müəyyən etmək üçün 2,4 milyard dollar mərc edilib.
Seçilən
16
4
oxu.az

5Mənbələr