AZ

Ukrayna Trampdan zəmanət alıb - Yermak

Ukrayna Donald Trampın ABŞ prezidenti seçkilərində mümkün qələbəsindən qorxmur və Kiyev hər iki namizəddən dəstək zəmanəti alıb.

QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Aydındır ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir, onlar bizim əsas müttəfiqimizdir. Və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizimlədir. Zelenskinin ABŞ liderləri - Bayden və Kamala Harrislə, eləcə də Trampla söhbəti çox yaxşı keçdi. Görüşdə mən də iştirak etdim, təfərrüat verməyəcəyəm, amma deyə bilərəm ki, biz ABŞ-dan əminliklə qayıtdıq. Namizədlərin heç biri Putinin bu müharibədə qalib gəlməsinə imkan vermək istəmir və hərbi dəstək davam edəcək”, - Yermak bildirib.

Seçilən
13
4
qaziler.az

10Mənbələr