AZ

Türkiyə səmasında uçan yaşıl işıq göründü

Türkiyənin Adana və Hatay vilayətlərində gecə saatlarında meteoritə bənzər yaşıl obyekt görüntülənib.

Bu barədə "Sputnik" məlumat yayıb.

Sürətlə hərəkət edən və işıq saçan obyekt vətəndaşların diqqətini cəlb edib. Bir çox insan həmin anı mobil telefonlarının kameraları ilə qeydə alıb.

Görüntülərin sosial şəbəkələrdə paylaşılması hadisəyə böyük maraq yaradıb. Həm Adana, həm də Hatayda yaşayan insanlar bu qeyri-adi təbiət hadisəsini maraqla izləyiblər.

Mənbə: oxu.az

Seçilən
42
8
oxu.az

10Mənbələr