AZ

Prezident iclas təyin etməsə, parlament özü toplanacaq – İRAKLİ KOBAXİDZE

Yeni seçilmiş parlamentin iclası, Prezident Salome Zurabişvili təyin etməsə belə, baş tutacaq.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Yekun məlumatların açıqlanmasından sonra parlament 10 gün ərzində iclas keçirməlidir və prezident iclas təyin etməsə belə, parlament özü toplaşacaq”, - Kobaxidze bildirib.

Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası 54,2% səslə qalib gəlib.

Seçilən
16
1
korrespondent.az

10Mənbələr