AZ

Şərurda fərdi yaşayış evində yanğın oldu - FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Şərur rayonu Danyeri kəndində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.


Yanğın hadisəsi nəticəsində evin dam örtüyü 20 kvadratmetr sahədə yanıb, otaqlar içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.



Bizim.Media

Seçilən
12
7
bizim.media

10Mənbələr