AZ

Gürcüstanın MSK parlament seçkilərini etibarlı elan edib

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili respublikada keçirilən parlament seçkilərini etibarlı elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

Səslərin 71%-ni emal etdikdən sonra hakim "Gürcü Arzusu" Partiyası 52,99%,"Dəyişiklik Koalisiyası" 11,2%, "Birlik - Milli Hərəkat" 9,8%, "Güclü Gürcüstan" 9,02% səs toplayıb. 

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb.

Seçilən
23
3
bakivaxti.az

10Mənbələr