AZ

MSK: Hakim “Gürcü arzusu” partiyası 53% səs toplayıb

Gürcüstanda seçkilər sakit və təhlükəsiz keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda seçkilərdə iştirak 58,94% təşkil edib.

Məlumata görə, seçki məntəqələrinin 70,9%-nin bülletenlərinin emalının nəticələrinə əsasən, hakim “Gürcü arzusu” partiyası 53% səs toplayıb.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Bizim.Media

Seçilən
20
1
bizim.media

6Mənbələr