Meksikanın Sakatekas ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20-dən çox adam ölüb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru David Monreal Avila məlumat verib.
Onun sözlərinə görə, Nayarit ştatından Çiuaua ştatına gedən avtobusun qəzaya uğraması nəticəsində 24 sərnişin ölüb, 5 nəfər yaralanıb.
Vurğulanıb ki, avtobus öz-özünə traktordan ayrılan qoşquya çırpılıb.