AZ

İrandan sensasion iddia: İsrailin qırıcılarını vurduq!

İrandan

İran İsrailin bir neçə qırıcı və pilotsuz təyyarəsini vuraraq, onun respublikaya hücumunu dəf edib.

Xalqcebhesi.az xəbər verir ki, bu iddianı İran parlamentinin üzvü Əbülfəzl Zöhrəvənd səsləndirib.

Qeyd edək ki, İsrail ordusu İrana hücum zamanı F-35-lər də daxil olmaqla, 100-dən çox qırıcıdan istifadə etdiyini və onların hamısının əməliyyat bitəndən sonra öz bazasına qayıtdığını elan edib. Eyni zamanda, İsrailin İrana zərbələrində PUA-lar iştirak etməyib, qırıcılar isə 2 min km məsafədən hücum həyata keçirib.

Bu baxımdan İranın sərhədindən 2 min km kənarda İsrail qırıcısını vurması artıq gündəmə çevrilməliydi.

Seçilən
10
1
xalqcebhesi.az

10Mənbələr