AZ

Gimnastlarımızdan gimnaziadada gümüş medal

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası uğurla çıxış edərək medal qazanıb.  

Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət kollektiv gümüş medala sahib olub. Fərdi proqramda çıxış edən Məryəm Topçubaşova daha əvvəl 3-cü yeri tutub. bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

L.QURBANOVA XQ

Seçilən
13
1
xalqqazeti.az

3Mənbələr