AZ

Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası gümüş medal qazanıb

Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında gümüş medal qazanıb. 

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət kollektiv 18 min 300 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Daha əvvəl fərdi proqramda çıxış edən M.Topçubaşova bürünc mükafata sahib çıxıb. 

Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Seçilən
18
1
missiya.az

3Mənbələr