AZ

65 metr uzunluğunda tunel qazıb həbsxanadan qaçdılar

Rusiyanın Lipetsk vilayətində 2 saylı islah koloniyasından məhbuslar qaçıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb. 

Belə ki, 6 məhbus həbsxanadan 65 metr uzunluğunda tunel qazaraq qaçmağı bacarıblar. Lakin onların azadlıq müjdəsi çox çəkməyib. Altı məhbusdan 4-ü həbsxananın yaxınlığında saxlanılıb. Digər ikisinin axtarışları davam etdirilir.

Seçilən
12
2
unikal.az

6Mənbələr