AZ

Şahlar Quliyev dəfn olundu - Fotolar+Yenilənib

Azərbaycanın Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin oğlu, tanınmış aktyor Nofəl Şahlaroğlu məlumat verib.

Qeyd edək ki, Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

***

“Report”un məlumatına görə, Xalq artisti ilə vida mərasimi saat 14:00-da Təzə Pir məscidində keçiriləcək.

Vida mərasimindən sonra cənazə dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

***

Apa-nın məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərhumla vida mərasimində yaxınları, sənət yoldaşları, mədəniyyət nümayəndələri iştirak ediblər.






Seçilən
16
3
qafqazinfo.az

10Mənbələr