AZ

Beyons Harrisin mitinqində çıxış edib

Amerikalı məşhur müğənni Beyons Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Texas ştatının Hyuston şəhərində baş tutan seçki kampaniyasında çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. 4 ildən bir keçirilən prezident seçkilərində bu il respublikaçıların namizədi Donald Tramp, demokratların namizədi isə Kamala Harris olub.

Məşhur adlar sosial media hesablarında hansı partiyanı və lideri dəstəkləyəcəklərini açıqlayarkən dünyaca məşhur müğənni Beyons da Kamala Harrisə səs verəcəyini bildirib.

Məşhur müğənni Beyons 60-cı prezident seçkilərinə bir neçə gün qalmış Texas ştatının Hyuston şəhərindəki "Shell Energy" stadiumunda Kamala Harrisin keçirdiyi mitinqə qatılıb.

Məşhur müğənni Kamala Harrisi niyə dəstəklədiyini açıqlayıb:

"Mən burada bir məşhur, bir siyasətçi kimi iştirak etmirəm. Mən burada övladlarımın içində olduğu dünya ilə dərindən maraqlanan bir ana olaraq buradayam. Bədənlərimizi  idaretmək azadlığına sahib olduğumuz bir yerdə dünya istəyirik".

Digər tərəfdən Leonarda DiCaprio, Eminem, Taylor Swift, Cardi B, Kesha, Billie Eilish, Olivia Rodrigo, Usher və Lizzo kimi adlar da Kamala Harisi dəstəklədiklərini açıqlayıblar.

Seçilən
44
cebheinfo.az

1Mənbələr