AZ

Gürcüstanda parlament seçkilərində günortaya qədər olan seçici fəallığı məlum olub

Bakı. Trend:

Gürcüstanda parlament seçkilərində səs vermək üçün günortayaqədər səsvermə məntəqələrinə 776 726 seçici gəlib ki, bu da ümumiseçicilərin 22,22 faizini təşkil edir.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadlaməlumat verib.

MSK-nın məlumatlarına əsasən, ən yüksək aktivlik Raça-Leçxumibölgəsində qeydə alınıb, burada seçicilərin 31,15 faizi səs verib,ən aşağı göstərici isə Acara bölgəsində müşahidə olunub — 19,83faiz.

Regionlar üzrə iştirak nisbəti belədir: Tbilisi — 23,18 faiz,Kaxeti — 23,89 faiz, Mtsxeta-Mtianeti — 23,53 faiz, Kvemo Kartli —21,86 faiz, Samtsxe-Cavaxeti — 22,04 faiz, İmereti — 22,01 faiz,Quriya — 21,13 faiz.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdəsəsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçkiməntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb.Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verəbilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatınnümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sisteməsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldəetmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşikoalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi dətətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələribağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxununsayılması və nəticələrin açıqlanması gözlənilir.

Seçilən
10
5
az.trend.az

10Mənbələr