AZ

Doğum gününü əri ilə Los-Ancelesdə qeyd etdi - VİDEO

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadənin doğum günü olub.

 

Musiqiçi özəl gününü həyat yoldaşı Kristoferlə Los-Ancelesin restoranların birində romantik şam yeməyində qeyd edib.

 

Suada həm özünün həmdə ərinin çəkdiyi foto və görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

 

Hacızadə paylaşımına “Sevgimlə Los-Ancelesin inanılmaz ləzzətlərindən və mənzərələrindən dadaraq, heyrətamiz Yamashiroda ad günümü keçirtdim. Unudulmaz bir günün sehrli sonu. Mənim ikinci yarım (həyat yoldaşı Kristoferi nəzərdə tutur – red.) və Los-Anceles mənzərəsi” sözlərini yazıb.

 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub./olay

 

 

 

Tarix: 26 Oktyabr 2024, 14:05   
Seçilən
18
6
pravda.az

7Mənbələr