AZ

Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL

Tanınmış teleaparıcı Aysel Nazimqızı ailə həyatı qurub. Paytaxt restoranlarından birində baş tutan toya aparıcının yaxınları, televiziya əməkdaşları qatılıb.
 
Moderator.az-a açıqlama verən aparıcı sevincini bu sözlərlə bildirib.
 
“Çox xoşbəxtəm. Çünki sevdiyim insanla ailə həyatı qururam. Xoş günümə gələn hər kəsə təşəkkürümü bildirirəm. Ələxsus da televiziya əməkdaşlarına, qohumlarıma, dostlarıma” deyə o bildirib.
 
Qeyd edək ki, Aysel Nazimqızı Atv kanalında yayımlanan “Ləziz macəra” verilişinin aparıcısı olub. O hazırda Speys kanalında “Banu” verilişinə aparıcılıq edir.
 
Moderator.az toydan özəl foto və videoları təqdim edir.
 
 
Seçilən
29
moderator.az

1Mənbələr