AZ

Cəbrayılda yük maşını qaçıranlar saxlanılıblar

Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
12
36
hafta.az

10Mənbələr