Avstraliyada təyyarələr havada toqquşdu, ölənlər var
Avstraliyanın Sidney şəhəri yaxınlığında iki yüngülmühərrikli təyyarə havada toqquşub.“BUTA.TV” “Vesti.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Yeni Cənubi Uels ştatının hüquq-mühafizə orqanları yayıb. Təyyarə qəzası yerli vaxtla saat 11:50 radələrində Oakdape şəhəri üzərində baş verib. Qəza nəticəsində 3 nəfər həlak olub.