AZ

Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.

Bu barədə "Report”un yerli bürosuna Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri ilə əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub.
 
 
 

Seçilən
12
18
7news.az

10Mənbələr