AZ

Yük maşını qaçıran șəxslər saxlanılıblar

Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
11
20
operativmedia.az

10Mənbələr