AZ

Rusiyadan İsrailin hücumuna reaksiya

İsrailin hücumlarından sonra Rusiyanın Tehrandakı səfirliyi bəyanat yayıb.

“Cebheinfo.az” “ISNA” agentliyinə istinadən xəbər verir ki, gecə saatlarından başlayan İsrailin İrana hücumlarından sonra Rusiyanın Tehrandakı səfirliyi bəyanat yayıb. 

Məlumata görə, Rusiya səfirliyi fəaliyyətini normal şəkildə davam etdirdiyini açıqlayıb. 

“İranın açıqlamalarına görə, İsrail Tehran, İlam və Xuzistan əyalətlərindəki hərbi obyektləri hədəfə alıb və İranın hava hücumundan müdafiəsi aktiv olub. Rusiya səfirliyi və digər Rusiya qurumları normal fəaliyyətlərini davam etdirirlər”, - deyə bəyanatda vurğulanıb. 

“Cebheinfo.az”

Seçilən
13
50
cebheinfo.az

10Mənbələr