AZ

Öldüyü iddia edilən SEPAH generalı ictimaiyyət qarşısına çıxıb - VİDEO

İran İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvələrinin komandanı İsmayıl Qaani dünən Tehran hava limanında SEPAH generalı Abbas Nilfuruşanın cənazəsinin qarşılanması mərasiminə qatılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İranın “Tasnim News” xəbər agentliyi video yayıb.

Agentlik Qaaninin görüntülərini paylaşaraq yazıb ki, “bir sıra media qurumlarının saxta xəbərlərinə baxmayaraq, SEPAH generalı bir çox ölkə rəsmiləri ilə birlikdə cənazənin qarşılanması mərasimində iştirak edib”.

Xatırladaq ki, İsrailin sentyabrın 27-də Beyruta zərbə endirməsindən sonra SEPAH komandirinin ölümü, infarkt keçirməsi və casusluqda ittiham edilərək dindirilməsi ilə bağlı xəbərlər paylaşılıb.

"AzPolitika.info"


Seçilən
8
50
azpolitika.info

10Mənbələr