AZ

Avropa yay vaxtından qış vaxtına keçidi ləğv EDİR

Brüssel uzun illərdir yay və qışda saatların irəli-geri çəkilməsi dəyişikliyi praktikalarına son qoymağı planlaşdırdığını bildirilib.

Musavat.com xəbər verir ki, Avropa Parlamentinin 66 üzvü, bu təşəbbüsü həyata keçirmək üçün Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə məktub göndərib. Məktubda, vaxt dəyişikliyinin yuxu rejimi üzərindəki mənfi təsiri, infarkt və insult riskini artırması və yol-nəqliyyat hadisələrinin sayının artması kimi məsələlərə diqqət çəkilib.

2018-ci ildən etibarən Avropa İttifaqı (Aİ) vətəndaşlarının 84%-i vaxt dəyişikliklərindən narazıdır. Avropa Parlamenti, vaxt dəyişikliyinin ləğvi lehinə səs vermişdi, lakin o dövrdəki rəhbər Jan-Klod Yunker bu qərarı hələ də həyata keçirməmişdi​. 

 

Musavat.com

 
Seçilən
5
3
musavat.com

10Mənbələr