AZ

Ancelina Coli və Haluk Bilgineri bir araya gətirən "Maria" filmindən maraqlı kadrlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivud ulduzu Ancelina Coli və məşhur türkiyəli aktyor Haluk Bilgineri bir araya gətirən "Maria" filmi kino aləmində böyük maraqla gözlənilir.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Oskar" yarışında ən güclü namizədlərdən biri kimi göstərilən filmdən kadrlar yayımlanıb və görüntülər qısa müddətdə sosial mediada gündəm yaradıb.
Film, yunan əsilli amerikalı soprano Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatını və dərin tənhalığını təsvir edir. Ancelina Coli Kallas rolunda, Haluk Bilginer isə Kallasın sevgilisi kimi tanınan məşhur yunan biznesmen Aristotel Onassis rolunda tamaşaçı qarşısına çıxır.
Filmdəki mahnı səhnələrində A.Colinin öz səsi ilə M.Kallasın orijinal yazıları bir arada istifadə olunur.
"Maria" filmi oktyabrın 27-də ABŞ-də kinoteatrlarda nümayiş olunacaq.
Seçilən
11
50
oxu.az

10Mənbələr