AZ

Tehran-İrəvan uçuşları Təbriz hava limanından həyata keçiriləcək

Dünən Şərqi Azərbaycan əyaləti üzrə Hava Limanları İdarəsinin rəisi Ramin Azəri bildirib ki, "Yezd Air" aviaşirkəti Təbriz hava limanından Tehran və İrəvan arasında uçuşlara başlayıb.

 

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

 

Onun sözlərinə görə, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri Tehran-Təbriz-İrəvan və İrəvan-Təbriz-Tehran marşrutu üzrə həyata keçiriləcək.

 

"Noyabrın 1-dən etibarən Təbriz-İstanbul marşrutu üzrə və əks istiqamətdə də uçuşlar olacaq. Təbriz hava limanından İstanbula uçuşlar hazırda iki yerli aviaşirkət (ATA və Iran Air Tours) və iki xarici aviaşirkət tərəfindən həyata keçirilir", - deyə Ramin Azəri qeyd edib.

Seçilən
0
7
senzor.az

10Mənbələr