AZ

Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

“Türkmənqaz” “Qazprom”la qiymətlərdə razılaşmadığı üçün Rusiyaya qaz nəqlini dayandırıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev danışıb.

O bildirib ki, xidmətlərin göstərilməsini davam etdirmək üçün 30 iyun 2024-cü il tarixində qiymətə yenidən baxılması nəzərdə tutulub.

“Biz danışıqlar apardıq və kommersiya hissəsi ilə bağlı ümumi anlaşma əldə edə bilmədik.",-deyə o bildirib.

Danışıqlar nəticəsində tərəflər qiymət məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən qaz təchizatı müqaviləsi uzadılmayıb.

“Qazprom” və “Türkmənqaz” 2019-cu ildə beş illik qaz tədarükünə dair müqavilə imzalayıb. Qaz tədarükünün həcmi 5,5 milyard kubmetr təşkil edib. 

Bundan bir qədər əvvəl Rusiyanın üçüncü rübdə Avropa İttifaqına qaz tədarükünün həcminə görə yenidən ABŞ-ı geridə qoyduğu bildirilirdi. 2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, Rusiya Federasiyası Avropa bazarına əvvəlki rübdə 13 milyard və əvvəlki ilin eyni dövründəki 11,5 milyard kubmetrə nisbətdə 13,3 milyard kubmetr qaz tədarük edib.

Bundan əvvəl Avropa Rusiya qazının Ukrayna vasitəsilə nəqlində maraqlı olduğunu bildirib.
 

Nigar

 

Seçilən
1
1
oxu24.com

5Mənbələr