AZ

Türkmənistan Rusiyaya təbii qaz nəqlini dayandırıb

“Türkmənqaz” “Qazprom”la qiymətdə razılığa gələ bilmədiyi üçün Rusiyaya qaz nəqlini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev danışıb.

O, xidmətin göstərilməsinin davam etdirilməsi üçün 30 iyun 2024-cü il tarixində qiymətə yenidən baxılmasının nəzərdə tutulduğunu açıqlayıb.

“Bizim danışıqlarımız olub və kommersiya tərəfində ümumi anlaşma əldə edə bilmədik”,- deyə bildirib.

Danışıqlar nəticəsində tərəflər qiymətlə bağlı ortaq məxrəcdə razılığa gələ bilməyiblər. Ona görə də qaz təchizatı müqaviləsi uzadılmayıb.

“Qazprom” və “Türkmənqaz” 2019-cu ildə beş illik qaz tədarükünə dair müqavilə imzalayıb. Qaz tədarükünün həcmi ildə 5,5 milyard kubmetrə çatıb.

Seçilən
12
2
operativmm.az

5Mənbələr