AZ

Azərbaycanın aerobika gimnastları Gimnaziadada finala yüksəldilər

Azərbaycanın aerobika gimnastları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3 proqramda finala yüksəliblər.

Yenicag.az xəbər verir ki, Sara Əlixanlı ilə Məryəm Topçubaşova fərdi, Leyla Əhmədova, S.Əlixanlı, Fidan İbrahimova üçlük, L.Əhmədova, S.Əlixanlı, F.İbrahimova, M.Topçubaşova və Evelina Kozlovskaya isə qrup hərəkətləri proqramında həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Seçilən
22
yenicag.az

1Mənbələr