AZ

Ronaldonun Corcinası xəstəxanalıq oldu: Nə baş verir?

"Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez həyatından ən son xəbərləri “Instagram” hesabında paylaşıb.

Publika.az xəbər verir ki, argentinalı model hekayə bölməsində son 4 günü xəstəxanada keçirdiyini söyləyib. Buna səbəbin pnevmoniya olduğunu bildirib:

“Nəhayət mən evdəyəm! Pnevmoniya ilə 4 gün xəstəxanada yatdım. İndi özümü daha yaxşı hiss edirəm, amma ailəmlə birlikdə sağalmağa davam edirəm.

Xəstəxananın bütün əməkdaşlarına, həkimlərinə, tibb bacılarına və hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənə çox gözəl qayğı göstərdilər, onlara minnətdaram”.

Seçilən
20
2
publika.az

3Mənbələr