AZ

Sautqeytə Premyer Liqadan maraq

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Premyer Liqa klublarından birinə başçılıq edə bilər.

Msport.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, mütəxəssis “Kristal Pelas” rəhbərliyi tərəfindən Oliver Qlasnerin əvəzedicisi kimi nəzərdən keçirilir. Qlasnerdən növbəti 4 matçda komandanın mövqeyini yaxşılaşdırması istənilib. Bunlar isə “Tottenhem”, “Aston Villa”, “Vulverhempton” və “Fulhem”lə matçlardı.

Həmin qarşılaşmalarda “Kristal Pelas” uğurlu nəticə göstərməsə, Sautqeyt komandanın sükanı arxasına keçə bilər.

Seçilən
21
msport.az

1Mənbələr