AZ

Sabah yağış yağacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzbəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağıgözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı,şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşamadoğru arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, havanın temperaturu gecə 10-13°isti, gündüz 14-16 ° isti olacaq. Atmosfer təzyiqi 764 mm civəsütunundan 769 mm civə sütununa yükələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti,dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

Məqalədə:
Seçilən
8
49
az.trend.az

10Mənbələr