AZ

Əli Əsədov sərəncam imzaladı

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.

Editor.az  xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını 6 (altı) ay müddətində təmin edib və növbəti ildən Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirəcək.

Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

– Modulda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın təqdimatı əsasında Milli Strategiyada qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə icazə sənədi, texnikiiqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli;

– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları rübdə bir dəfə, növbəti ayın 25-dək Komissiyaya təqdim etməli;

– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2028-ci il iyun ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 1.6. Modulun yaradılması və Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə almalıdır.

Seçilən
9
22
editor.az

10Mənbələr