AZ

Bakıda daha 37 yeni parklanma yeri təşkil edilib

Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.

Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb. Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb. Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur.

Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

Seçilən
7
14
yeniazerbaycan.com

10Mənbələr