AZ

Bakıda daha 37 yeni parklanma yeri təşkil edilib

Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb. AYNA-dan SİA-ya bildirilib ki, Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb. Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb. Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur.Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

Seçilən
2
14
sesqazeti.az

10Mənbələr