AZ

MPL: Tur "qərb derbisi" ilə başlayır - YENİLƏNİR

Bu gün Milsi Premyer Liqasında 11-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, tur "qərb derbisi" ilə başlayacaq.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Kurban Berdiyevin baş məşqçisi olduğu Tovuz təmsilçisi 21 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qələbə komandanı zirvəyə daşıya bilər. Gəncə klubu isə autsayder mövqeyində qərarlaşıb. Azər Bağırovun komandası ev oyunlarını keçirdiyi Tovuzdan 3 xalla ayrılsa, növbəti turlarda "zirzəmi"dən xilas olmaq üçün şərait yaranacaq.

Qeyd edək ki, üç günü əhatə edəcək turun qalan oyunları 26-27 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur
25 oktyabr

19:00. "Turan Tovuz" – "Kəpəz"
Tovuz şəhər stadionu.

Seçilən
23
3
fanat.az

5Mənbələr