AZ

UFAZ-ın magistr tələbələri üçün yeni təqaüd təsis edilib

UFAZ-ın magistr tələbələri üçün azərbaycanlı alim Eyyub Tağıyevin adını daşıyan yeni təqaüd təsis edilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu nüfuzlu təqaüd birinci kurs tələbələrinə yüksək akademik göstəricilərinə görə təqdim olunacaq və onlara birinci ilin ikinci semestrində və ikinci ilin birinci semestrində ödəniləcək. Hər təqaüdçü aylıq olaraq 250 AZN məbləğində mükafat alacaq. Payız semestri üçün magistratura səviyyəsinin ikinci ilində təhsil alan 17 tələbənin təqaüd proqramı üçün seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Eyyub Tağıyev texnika elmləri doktoru, professor və Stalin mükafatı laureatı olmuşdur. O, 1912-ci ildə Bakıda anadan olmuş, 1928-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti daxil olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlamış, 1937-ci ildə isə Suraxanıda eksperimental qazma kontoruna rəhbər təyin edilmişdir. Tağıyevin rəhbərlik etdiyi komanda tərəfindən hazırlanmış turbinli qazma maşınları sonradan ABŞ və Avropanın neft şirkətləri tərəfindən lisenziyalaşdırılmış və neft qazma texnologiyası sahəsində böyük töhfələr vermişdir.

 

Seçilən
19
tehsil.biz

1Mənbələr