AZ

"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv təyin olunub

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

Bankdan verilən məlumata görə, bu şəxs Ahmet Doğandır.

Məlumata görə, Ahmet Doğan T.C. Ziraat Bankasındakı əmək faəliyyətinə 2009-cu ildə Bahçekapı İstanbul Girişimci filialında kiçik mütəxəssis kimi başlayıb. Daha sonra ardıcıllıqla İkitelli İstanbul filialında menecer, Pərakəndə Kreditlərin Ayrılması və İdarə Edilməsi departamentində menecer, Pərakəndə Filial Bankçılığında menecer və müdir vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraq Pərakəndə Portfelin İdarəsi departamentində müdir vəzifəsində fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Ahmet Doğan artıq Ziraat Bank Azərbaycanın Kreditlərin Ayrılması və İdarə Edilməsi Qrupunu kurasiya edir.

Seçilən
31
10
valyuta.az

10Mənbələr