AZ

Tovuzda iki qardaşın meyiti tapıldı

Tovuzda iki qardaş faciəvi şəkildə ölüb.

"Qafqazinfo" xəbər verir ki, rayona qonaq gələn şəxslər dəm qazından boğularaq ölüb.

Belə ki, Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.

Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.

Araşdırma aparılır.

Seçilən
22
7
qafqazinfo.az

10Mənbələr