AZ

Çeçenistanda “Rosqvardiya”nın maşınına atəş açılıb, ölən var

Çeçenistanda naməlum şəxslər “Rosqvardiya”ya məxsus “Ural” markalı avtomobilə atəş açıb və cinayət yerindən qaçıblar...

Poliqon xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hücum edənlər hərbi kolonnaya bir neçə dəfə pulemyotdan atəş açıblar və sonra qaçıblar. Hücum oktyabrın 24-də günorta saatlarında Qroznı rayonunun Petropavlovskaya kəndində baş verib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyib.

Şimali Qafqaz Federal Dairəsi departamentinin məlumatına görə, hücum nəticəsində bir Milli Qvardiyanın üzvü həlak olub.

“Artıq atəş nəticəsində hərbçilərdən biri həyatını itirib, ikincisi isə yaralanıb. Zərərçəkmiş tibb müəssisəsinə çatdırılıb, ona bütün lazımi köməklik göstərilib. Həyata heç bir təhlükə yoxdur”, deyə Şimali Qafqaz Federal Dairəsi bildirilib.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr