Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur
"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 0:3
Qollar: Kennet Teylor, 36, Vut Veqhorst, 74 - pen; Çuba Ekpom, 77
Qırmızı vərəqələr: Julio Romao (birbaşa) 15, Elvin Cəfərquliyev (ikinci sarı) 79
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.