AZ

Sautqeyt Premyer Liqa klubunu çalışdırmağa yaxındır -SON DURUM

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Premyer Liqa klublarından birinə rəhbərlik edə bilər.

Fanat.Az xəbər verir ki, söhbət "Kristal Pelas"dan gedir. 

Məlumatı "The Guardian" yayıb. 

Xəbərə görə, İngiltərə millisinin keçmiş baş məşqçisi "Kristal Pelas" rəhbərliyi tərəfindən Oliver Qlasnerin əvəzləyicisi kimi nəzərdən keçirilir.

Qlasnerdən növbəti 4 matçda -  “Tottenhem”, “Aston Villa”, “Vulverhempton” və “Fulhem”ə qarşı görüşlərdə uğurlu nəticə istənilib. O, bu matçlarda bir qələbə qazana bilməsə, klub rəhbərliyi Sautqeytə müraciət edəcək.

Mirağa

Seçilən
15
fanat.az

1Mənbələr