AZ

Alıcı bu zaman dönərxanadan sənəd tələb edə bilər - YENİLİK - RƏSMİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Layihədə bildirilib ki, çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. 

Bəs alıcı yaşadığı ərazidəki hansı dönərxananın standartlara tam tabe olduğunu necə biləcək?

AQTA-dan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, alıcı bu zaman sənəd tələb edə bilər.

"Bütün qida təhlükəsizliyi qeydiyyatından keçən və ya qeydiyyatı ləğv edilən qida subyektlərinin siyahısı Agentliyin saytında yerləşdirilib. Alıcının da həmin dönərxananın qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsi, ətin mənşə sənədi və s. haqqında sənəd tələb etmək haqqı var. Yeni qaydalarda da bu, öz əksini tapıb. Əsas odur ki, istehlakçılar bu prosesdə aktiv olsunlar, sənədlərini sahibkardan və ya satıcıdan tələb etsinlər".

"Əlavə olaraq, istehlakçılar bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 qaynar xəttinə məlumat verə bilərlər", - deyə məlumatda qeyd edildi.

Seçilən
9
1
turanpress.com

2Mənbələr