AZ

Rusiyada energetika nazirinin iki müavini saxlanılıb

Rusiya Federasiyasının keçmiş energetika nazirinin müavini Anatoli Yanovski, eləcə də indiki Sergey Moçalnikov Moskvada saxlanılıb.

SİA xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbərinin hazırkı müavini Sergey Moçalnikov vəzifə səlahiyyətlərindən sui-istifadədə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 1-ci hissəsi) ittiham olunur.

Bildirilir ki, iş üzrə birbaşa zərər 500 milyon rus rublu (5 milyon dollardan çox), dolayı zərər 12 milyard rubldan (120 milyon dollardan çox) təşkil edir.

Sergey Moçalnikovdan başqa daha üç nəfər saxlanılaraq dələduzluqda ittiham olunub. Yanovskinin saxlanması, nəşrə görə, kömür sənayesində dələduzluq işi ilə bağlıdır. İyun ayında Rusiya Federasiyasının Energetika Nazirliyinin tabeliyində olan zərərli və açıq mədənlərin yenidən təşkili, eləcə də ləğvi üzrə qurumun direktoru Andrey Moiseenkov bu işlə bağlı həbs edilib.

Əli Babayev

Seçilən
25
1
sia.az

2Mənbələr