AZ

Ərdoğan təhlükəsizlik toplantısı keçirdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİCS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Atatürk Hava Limanında Dövlət Qonaqxanasında keçiriləcək təhlükəsizlik toplantısına sədrlik edir.
İclasda ölkənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Əli Yerlikaya, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, MİT sədri İbrahim Kalın, rabitə naziri Fahrettin Altun, Prezident Administrasiyasının Müdafiə Sənayesi (SSB) naziri Haluk Görgün, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç və AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik də iştirak edir.
Xatırladaq ki, ötən gün “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Seçilən
127
yeniavaz.com

1Mənbələr