Bakı. Trend:
İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbsedilib.
Trend xəbər verir ki, bubarədə Nəsimi rayon prokurorluğunun məlumatında deyilir.
Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtınNəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsibarədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamahməqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif TkaçZusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanıqəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işiüzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci(tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilətəqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, İosif Tkaç Zusyeviç 1997-ci ildən S.Vurğun adınaRus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyimüddətdə bir çox rollar oynayıb.