AZ

AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir.

Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

Bakı-Ciddə:

- bir tərəfə 119 €-dan;

- gediş-dönüş 209 €-dan.

Ciddə-Bakı:

- bir tərəfə 129 $-dan;

- gediş-dönüş 229 $-dan.

Bakı-Bəhreyn:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bəhreyn-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Daşkənd:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Daşkənd-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Ürgənc:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 169 €-dan.

Ürgənc-Bakı:

- bir tərəfə 89 $-dan;

- gediş-dönüş 179 $-dan.

Bakı-Bişkek:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bişkek-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!

Seçilən
8
32
musavat.com

10Mənbələr